Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  MEETINGS

“Nizami Gəncəvi İli” çərçivəsində məktəblilərlə görüş keçirilib
24.05.2021 16:25
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi İli” çərçivəsində məktəblilərlə görüş keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı şəhəri Səbail rayonu 163 saylı məktəbin 5-6-cı sinif şagirdləri ilə görüş keçirilib.

“Nizami Gəncəvi İli” çərçivəsində keçirilən görüşdə məktəbin tarix müəllimi Yeganə Əsgərova da iştirak edib.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı elmi müəssisədə “Nizami Gəncəvi İli” ilə bağlı görülmüş işlərdən danışıb.

Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı isə Nizami Gəncəvinin gənclərlə bağlı fikirləri, nəsihətamiz əsərləri barədə şagirdləri məlumatlandırıb.

İnstitutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxışında bu görüşü şagirdlərin həyatında tarixi gün adlandırıb. O, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə müəssisədə bu cür görüşlərin davamlı olaraq təşkil edildiyini deyib.

Sonra Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova “Nizami Gəncəvi və gənclik” mövzusunda məruzə ilə çıxış edib.

Məktəbin şagirdlərindən İsmət Mehdiyev, Fidan Əmirli və Aylin Əlizadə Nizami Gəncəvinin əsərlərindən parçalar söyləyib, eyni zamanda, alimlərə onları maraqlandıran suallar ünvanlayıblar.

Şagirdlər, həmçinin institutun şöbələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: