Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  PUBLICATIONS

“İzahlı ictimai-siyasi terminlər lüğəti” çapdan çıxıb
22.11.2023 14:12
  • A-
  • A
  • A+

“İzahlı ictimai-siyasi terminlər lüğəti” çapdan çıxıb

AMEA-nın İmaddədin Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya  Komissiyasının qərarı ilə “İzahlı ictimai-siyasi terminlər lüğəti” nəşr olunub.

Lüğətin elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nərgiz Hacıyeva, tərtibçiləri Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova (A, B, Ç, C, P, Q, U, Ü, Y, Z), filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova (K, T, O, M, N), Sima Quliyeva (S, G, Ş, J, Ö), Natəvan Hüseynova (D, V, H, L, R) Vəfa Abdullayeva-Nəbiyevadır (E, Ə, F, X, İ). Lüğətdə Azərbaycan dilində işlənən 2800 ictimai-siyasi termin toplanmış və onların izahı verilib. İctimai-siyasi leksika cəmiyyətin bütün sferalarını özündə əks etdirdiyinə görə kütləvi informasiya vasitələrində geniş istifadə olunur. Bu nəzərə alınaraq lüğətdə ayrı-ayrı elm sahələrində işlənən ictimai-siyasi həyatı əks etdirən sosiologiya, beynəlxalq münasibətlər, politologiya ilə bağlı terminlər toplanıb. İctimai-siyasi leksikaya cəmiyyətin müxtəlif hadisələri ilə bilavasitə əlaqədar olan siyasi-iqtisadi əlaqələr, milli azadlıq və ictimai-siyasi hadisələr, ölkənin təhlükəsizliyi, milli və beynəlxalq təhlükəsizlik, partiyaların adlarını ifadə edən termin və sözlər daxildir.

Sözlükdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: