Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  MEETINGS

07.03.2016 09:44
  • A-
  • A
  • A+

Akademiyanın gənc alim və mütəxəssisləri üçün innovativ layihələrlə tanışlıq məqsədilə görüş keçirilib

Akademiyanın gənc alim və mütəxəssisləri üçün innovativ layihələrlə tanışlıq məqsədilə görüş keçirilib

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin təşəbbüsü və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Akademiyanın gənc alim və mütəxəssisləri üçün innovativ layihələrlə tanışlıq məqsədilə silsilə “İNNOday” tədbirlərindən birincisi keçirilib. Tədbir çərçivəsində AMEA İşlər İdarəsinin əməkdaşı Rəşid Əliyev müəllifi olduğu “BethClip” və “Braille Pad” layihələrini, digər müəllif Sahib Əlizadə isə “EduRings” layihəsini təqdim edib.

“BethClip” bulud texnologiyalarından istifadə etməklə sənədlərin müxtəlif cihazlar arasında sadəcə bir addımla paylaşmaq imkanı yaradan innovativ bir layihədir. Xatırladaq ki, “BethClip” ABŞ-nın məşhur CNBC kanalı tərəfindən 2015-ci ilin dünya üzrə ən diqqətçəkən 20 innovativ layihəsi siyahısına salınıb.

“Braille Pad” görmə məhdudiyyəti olan insanlar üçün internetin bütün imkanlarından istifadə imkanı yarada bilən planşet layihəsidir. “Braille Pad” rəqiblərindən fərqli olaraq daha ucuz qiymətlə çoxsətirli Braille əlifbasından istifadə etməyə imkan verir.

“EduRings” layihəsi isə tələbələrə aid fəaliyyətləri olan şirkətlər üçün ümumi şəbəkə layihəsidir. Burada üstünlüklər təqdim etməklə müəlliflər istifadəçi rahatlığını və konfidensiallıgını əsas götürərək tələbələrin elmə marağı artırmaq, gənc mütəxəssislərin iş və biznes imkanlarını genişləndirmək imkanları yaradır.

Tədbirdə layihələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Share: