veb-sayt | www.ict.az | |
Anadan olduğu yer | Azərbaycan Respublikası, Bərdə rayonu | |
Təvəllüdü | 20.03.1961 | |
Bitirdiyi ali təhsil müəssisəsi |
S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), tətbiqi riyaziyyat fakültəsi |
|
Elmi dərəcəsi | Texnika elmləri doktoru | |
Elmi rütbəsi | ||
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
01.01.02 (1211.01) Diferensial tənliklər Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
05.13.01 (3338.01) Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər |
|
Müxbir üzv seçilməsi
- tarix - ixtisasın adı |
2017 İnformatika |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
215
156 129 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
3 |
|
Əsas elmi nailiyyətləri |
1. Mətnlərin avtomatik klasterləşdirilməsi və referatlaşdırılması üçün bir sıra optimallaşma modelləri təklif etmiş, optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül, qarışqa və sürü intellektinə əsaslanan alqoritmlərin müxtəlif modifikasiyalarını işləmişdir. 2. Mətnlərin avtomatik referatlaşdırılması üçün mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşma modelləri təklif etmiş və optimallaşma məsələlərinin həlli üçün alqoritmlər işləmişdir. 3. Mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması üçün cümlələrin sentiment, semantik və sintaktik analizinə əsaslanan metodlar təklif etmişdir. 4. Mətnlərin semantik yaxınlığını hesablamaq üçün yeni ölçülər daxil etmişdir. 5. Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında referatlarının avtomatik yaradılması, həmçinin intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif etmişdir. 6. Müxtəlif növ mətn plagiatlığını (sözbəsöz köçürmə, cümlələrin parafraz edilməsi, sözlərin işlənmə ardıcıllığının dəyişdirilməsi və cümlələrin transformasiyası ilə köçürulməsi) aşkarlamaq üçün cümlələrin sintaktik və semantik analizinə əsaslanan metodlar təklif etmişdir. 7. Kompüterin hesablama və yaddaş resursları çərçivəsində böyük həcmli məlumatların (Big Data) klasterləşdirilməsi üçün k-means alqoritminin müxtəlif variantlarını işləmişdir. 8. Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanmsı üçün metodlar işləmişdir. 9. Klasterlərin kompaktlığını, sepabelliyini (ayrılabilənliyini) və optimal sayını təyin etmək üçün yeni indekslər daxil etmişdir. 10. Kompakt və yaxşı ayrılmış klasterlərin tapılması üçün məhdudiyyətli qeyri-hamar optimallaşma modeli təklif etmiş və onun həlli üçün alqoritm işləmişdir. 11. Veb-səhifələrin ranqlaşdırılması üçün PageRank və HITS alqoritmlərinin ümumiləşmiş variantlarını təklif etmişdir. 12. Veb-səhifələrin ranqının hesablanması üçün qarışqa alqoritmi və xətti proqramlaşma modeli təklif etmişdir. 13. Loq faylların analizi əsasında veb-istifadəçilərin maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir. 14. Qlobal şəbəkə qovşaqlarında CDN (Content Delivery Network – kontenti çatdırma şəbəkəsi) serverlərin və veb-kontentlərin optimal yerləşdirilməsi üçün modellər təklif etmişdir. 15. Qeyri-bircins kompüter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün model və genetik alqoritm təklif etmişdir. 16. Tam ədədli xətti və kvadratik proqramlaşma məsələlərinin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir. 17. Elmi əsərlərin, jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər və metodlar təklif etmişdir. 18. Veb-də tədqiqatçıların və elmi təşkilatların sosial şəbəkəsinin sintezi üçün metodlar təklif etmiş, sosial şəbəkələrdə aktorların ranqlaşdırılması üçün alqoritmlər işləmişdir. 19. Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR və TOPSIS metodlarının yeni modifikasiyalarını təklif etmiş və onların effektivliyini göstərmişdir. 20. E-dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin müəyyən edilməsi, həmçinin bu mühitdə gizli fəaliyyət göstərən sosial şəbəkələrin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizinə əsaslanan metodlar təklif etmişdir. 21. Vətəndaşların e-dövlət xidmətlərindən məmnunluq səviyyəsinin qiymətləndirilməsi və onların maraq dairəsinin müəyyən edilməsi üçün vətəndaş rəylərinin sentiment və semantik analizinə əsaslanan metodlar təklif etmişdir. |
|
Elmi əsərlərinin adları | https://scholar.google.com/citations?hl=en&user=cV0HqdgAAAAJ&view_op=list_works&sortby=pubdate | |
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | ||
Pedaqoji fəaliyyəti |
1. İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarına “Data Mining” kursunu tədris edir. 2. AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənnini tədris etmiş, texnika, fizika və riyaziyyat istiqaməti üzrə kuratorluq fəaliyyətini həyata keçirmişdir (2003-2019-cu illər). 3. AR Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərində “İnformatika” kitablarının qiymətləndirilməsi üzrə ekspert olmuşdur. |
|
Digər fəaliyyəti |
1. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvüdür. 2. Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində Dövlət İmtahan Komissiyasının sədridir. 3. İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür. Elmi-ekspertiza fəaliyyəti Aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür: Problems of Information Technology Problems of Information Society TWMS Journal of Pure and Applied Mathematics CAAI Transactions on Intelligence Technology International Journal of Sensors, Wireless Communications and Control Informatics and Control Problems: Transactions of Azerbaijan National Academy of Sciences Turkish Journal of Mathematics & Computer Science Artificial Intelligence Evolution Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir. Xaricdə keçirilmiş (London, Berlin, Barselona, Porto, Şanxay, İstanbul, Ankara, Moskva, Budapeşt və s.) 15-dən çox beynəlxalq konfransın proqram komitəsinin üzvü olmuşdur. 2019-cu ildə birgə tədqiqatlar aparmaq üçün Avstraliya Federasiya Universitetinə dəvət olunmuşdur. |
|
Təltif və mükafatları |
1. “Tərəqqi” medalı – 2014-cü il. 2. 2013-cü ildə Respublika üzrə İKT sahəsində Web of Science bazasında indeksləşən jurnallarda çap olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yer mükafatına layiq görülmüşdür. 3. AMEA-nın Fəxri Fərmanı – 2005, 2021. 4. 2020, 2021 və 2022-ci illərdə ABŞ-ın Stenford Universiteti və Niderlandın “Elsevier” nəşriyyatı tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib. |
|
Əsas iş yeri və ünvanı | İnformasiya Texnologiyaları İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9A. | |
Vəzifəsi | Şöbə müdiri | |
Xidməti tel. | (+994 12) 5104399 | |
Mobil tel. | (+994 70) 3619597 | |
Ev tel. | ||
Faks | (+994 12) 5396121 | |
Elektron poçtu |