Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan seysmoloqları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
30.09.2020 12:36
  • A-
  • A
  • A+

Azərbaycan seysmoloqları Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə qarşı törədilən təxribatla bağlı ordumuzun düşmənə əks-həmlə zərbələri endirərək, qısa müddətdə 7 kəndimizi və işğal olunmuş ərazilərimizdə strateji mövqeləri tutması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılandı.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, həmçinin Azərbaycan seysmoloqları ordumuzun tezliklə Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad edəcəyinə inanır, hər zaman bir əsgər kimi Ali Baş Komandanımızın əmrində və ordumuzun yanında olduqlarını bəyan edirlər. 

Bu məqsədlə bu gün Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürülüb.

Qələbə bizimlədir! Qarabağ Azərbaycanındır! Tanrı bu şərəfli döyüşdə xalqımızı və əsgərlərimizi qorusun!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: