Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ПУБЛИКАЦИИ

“Qabdulla Tukay və Azərbaycan” kitabı çap olunub
30.04.2021 12:51
  • A-
  • A
  • A+

“Qabdulla Tukay və Azərbaycan” kitabı çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qabdulla Tukay və Azərbaycan” kitabı nəşr edilib.

Kitabın müəllifləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıdır.

Kitabda tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın (1886-1913) Azərbaycan mətbuatı və ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edilir.

Kitabın elmi redaktoru Rusiya Federasiyasının Tatarıstan Respublikası Elmlər Akademiyasının (EA) akademiki, filologiya elmləri doktoru, professor Daniya Zahidullinadır.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitabın rəyçiləri Tatarıstan EA-nın müxbir üzvü Kim Minnullin və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

536 səhifəlik kitab Azərbaycan və rus dillərindədir. Doqquz bölüm, nəticə və Azərbaycan, rus, tatar dillərində 256 sayında ədəbiyyat siyahısından ibarət kitab türk xalqları ədəbiyyatına dəyərli töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: