Национальная Академия Наук Азербайджана

Первый cайт Азербайджана (1995)

ГЛАВНАЯ  >>  НОВОСТИ  >>  ВСТРЕЧИ

Suraxanı məktəbliləri Neft Kimya Prosesləri İnstitutunda olub
23.06.2017 11:04
  • A-
  • A
  • A+

Suraxanı məktəbliləri Neft Kimya Prosesləri İnstitutunda olub

AMEA-nın Neft Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında razılığa əsasən rayon məktəblərinin 10-cu sinifə keçən və gələcəkdə I qrup ixtisaslarını seçən 15 şagirdi 2017-ci ilin sentyabrından 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən təmənnasız olaraq hazırlaşdırılacaq.

Sözügedən şagirdlər və rayon icra hakimiyyətinin nümayəndələri iyunun 22-də institutun direktoru, akademik Vaqif Abbasovla görüşüblər. Görüşdə akademik şagirdlərə məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırıb. Bundan əlavə, V.Abbasov yeni kitabını şagirdlərə hədiyyə edib.

Daha sonra şagirdlər akademik Y.H.Məmmədəliyevin momerial muzeyi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться: