Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkın əməkdaşı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib
24.06.2021 15:43
  • A-
  • A
  • A+

YT Parkın əməkdaşı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib

Azərbaycan ordusu 44 gün davam edən Vətən müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət tərəfindən hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4225 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Kəlbəcər rayonunun işğaldan azad olunması zamanı vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş vətəndaşlar sırasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) şəbəkə adminstratoru Qurbanəli Azayev də var.

Qeyd edək ki, YT Park tərəfindən müharibədə iştirak edərək tarix yazan qəhrəman əməkdaşlara müharibə veteranları kimi mükafatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: