Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu

 

Ünvan AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 
Tel. (+994 36) 5450671 
Faks  
Elektron poçtu  
Direktor

Səfərli Hacıfəxrəddin Yəhya oğlu

(+994 36) 5450671

(+994 50) 3536875

hacifexreddin@yahoo.com.tr 

Direktor müavinləri

Qədirzadə Hacı Qadır İbrahim oğlu

(+994 36) 5446583

(+994 50) 5866407

hqadirzade@yahoo.com.tr

Elmi katib

Rəhimov Yaşar Nihad oğlu

(+994 36) 5453477

(+994 50) 5850752

yaarrahimov@yahoo.com.tr 

Yaranma tarixi  7 avqust 2002-ci il 
Əsas fəaliyyət istiqamətləri Vətən tarixi, Arxeologiya, Etnoqrafiya və Epiqrafika, Qafqaz tarixi 
Əsas elmi nəticələr

1. Naxçıvan Muxtar Respublikası ərazisində 600-ə yaxın kitabə qeydə alınıb tədqiq edilmiş, onların məlumatları əsasında Azərbaycanın orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemləri öyrənilmişdir. Qeydə alınan kitabələrin ölçüləri, estampları, fotoları götürülmüş, mətnləri oxunaraq Azərbaycan di­li­nə tərcümə edilmişdir. Azərbaycanın Naxçı­van bölgəsindəki orta əsr qəbirüstü abidələr üzərindəki təsvirlər tədqiq edilib elmi dövri­yəyə təqdim edilmişdir. Həmçinin, orta əsrlər dövrünə aid sənətkarlıq sahələri araşdırılmış­dır. XVI-XVIII əsrin əvvəllərində Naxçıvan bölgəsinin ictimai-siyasi, iqtisadi həyatı və tarixi coğrafiyası geniş şəkildə araşdırılmışdır.

2. “Naxçıvan MSSR-nin təşkili” (XX əsrin əvvəlləri) mövzusunda tədqiqatlar aparmışdır. Bu mövzu Sovet hakimiyyəti illərində dövrün ideologiyasına uyğun işləndiyi üçün müstəqil­liyin verdiyi imkanlardan istifadə olunaraq problemə yeni təfəkkür baxımından yanaşıl­mış, təhlillər aparılmış, uğurlu nəticələr əldə olunmuşdur.

Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi möv­qeyi, qonşu xanlıqlar və dövlətlərlə müna­sibətləri, ordu quruculuğu ilə aparılan araşdır­maların nəticələri 1 monoqrafiyada və çoxlu məqalədə öz əksini tapmışdır.

Rus mənbələri əsasında Naxçıvanın XIX əsr tarixinə dair tədqiqatlar aparılmış, dövrün sosial-siyasi və iqtisadi həyatı öyrənilmişdir.

XII-XVIII əsrin birinci yarısında Naxçıvanın tarixi coğrafiyası araşdırılmış və 20 məqalə nəşr etdirilmişdir.

3. Е.ə. VI-I minilliklərdə Naxçıvanda mеydana gələn qədim mеtallurgiya və mеtalişləmə sə­nəti­nin yеrli xammal mənbələri əsasında mеy­dana gəlib inkişaf еtdiyi müəyyən еdilmiş; Nax­çıvanın qədim mədəniyyətlərinin dövrləş­di­ril­məsi ilə bağlı problеmlərin tədqiq еdilərək Erkən və Orta Tunc dövrü abidələri üçün yеni dövrləşdirmə vеrilmiş; Naxçıvanın Erkən Tunc dövrü mədəniyyətinin vətəni olduğu mü­əy­yən edilmiş; Naxçıvanın qədim mədəniyyət­lərinin Ön Asiya və Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı münasibətlərinin tədqiq еdilərək mü­əy­yənləşdirilmişdir ki, Orta Tunc dövrü Boyalı qablar mədəniyyəti Cənubi Qafqazın digər öl­kələrinə Naxçıvandan yayılmışdır; Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti tədqiq еdilmiş, Naxçıvnda mеydana gələn qədim mə­də­niyyətlərin, o cümlədən  qədim sənət əsər­lərinin Azərbaycan xalqının еtnoqrfiyası və folkloru ilə sıx bağlı olduğu müəyyən еdilmiş­dir. Gəmiqaya təsvirlərinin böyük bir qisminin sеmantik məzmunu açılmış; Naxçıvanın ar­xеo­lo­ji abidələri toplu halında nəşr еtdirilmiş­dir. Naxçıvan ərazisində mindən artıq arxeoloji abidə aşkar edilmiş və pasportlaşdırılmışdır. Son illərin araşdırmaları zamanı Neolit və Eneolit mədəniyyətinə aid yeni abidələr aşkar edilmiş, Erkən Dəmir dövründə Şərurda Urar­tu­lara qarşı mübarizə aparan qədim dövlətin olduğu müəyyən edilmiş, Göyçə gölü hövzə­sinin Naxçıvanda yaşayan tayfaların nəzarə­tində olduğu müəyyən edilmişdir.

Kəngərli bölgəsinin Şahtaxtı abidəsində arxeo­loji tədqiqatlar aparılmış, fəlsəfə doktoru dissertasi­yası müdafiə edilmiş, 2 monoqrafiya, 53 məqalə çap olunmuşdur.

Naxçıvandakı Son Tunc-Erkən Dəmir dövrünə aid maldar-tayfalarla bağlı arxeoloji abidələr ümumiləşdirilmiş və monoqrafik şəkildə öyrə­nil­mişdir. Gəmiqaya ətrafında bir çox yeni ar­xeoloji abidələr, qayaüstü təsvirlər aşkar edi­lər­ək tədqiqata cəlb edilmişdir.

Naxçıvanın Arpaçay vadisində yerləşən arxeo­loji abidələr ilk dəfə olaraq kompleks halda dövrləşdirilərək elmi tədqiqata cəlb edilmişdir. Keramikanın timsalında Kür-Araz mədəniy­yəti­nin 4 mərhələsinin təhlili verilərək, bu mə­dəniyyətin tarixi və mənşəyinin araşdırılma­sında Arpaçay abidələrinin mühüm rolu qeyd edilmiş,  həmçinin Təzəkənd mədəniyyətinin məhz Arpaçay vadisindən digər regionlara yayılması fikri irəli sürülmüşdür. Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid muzeylərdə saxlanılan çap edilməmiş arxeoloji material­ların qrafik təsvirləri çəkilmiş və elmi dövriy­yəyə buraxılmışdır.

4. Azərbaycan türklərinin etnik tarixi, etnoge­netik əlaqələri, qədim inamlar sistemi, Dünya Tufanı və Nuh peyğəmbər, Türk Ata məsələsi, Dörd çay nəzəriyyəsi və s. bu kimi problemlər yeni baxışlar əsasında tədqiq olunmuşdur. Xalq təqvimi, təsərrüfat və sənətkarlıq sahələri ilə bağlı adətlər, inanclar və mərasimlər hərtə­rəfli təhlil edilmiş, öyrənilmişdir.

5. Ermənistan-Azərbaycan münaqişəsinin tari­xi kökləri araşdırılmış, Naxçıvana qarşı iddia­ların əsassızlığı tutarlı faktlar əsasında təkzib edilmiş, eyni zamanda bu münaqişə dünyanın aparıcı dövlətlərinin siyasi münasibətləri kon­tekstində ələ alınmış, erməni id­dialarına rəvac verən dini-siyasi faktorlar tədqiq edilmişdir. Ermənilərin Naxçıvanla bağlı iddialarının bey­nəlxalq müstəvidə yeri təhlil edilmişdir. 
İşçilərinin ümumi sayı 23 
Struktur bölmələri Qədim və orta əsrlər tarixi şöbəsi
Yeni və ən yeni tarix şöbəsi
Qədim dövr arxeologiyası şöbəsi
Antik və orta əsrlər arxeologiyası şöbəsi
Arxeoloji xidmət şöbəsi
Etnoqrafiya şöbəsi
Qafqaz tarixi şöbəsi  

Elmi şura

-       sədr

-       katib

-       üzvləri

 

Səfərli Hacıfəxrəddin Yəhya oğlu

Rəhimov Yaşar Nihad oğlu

Qədirzadə Hacı Qadir İbrahim oğlu

Baxşəliyev Vəli Baxşəli oğlu

Şıxəliyev Emin (Emin Arif)

Orucov Asəf Yunis oğlu

Xəlilov Toğrul Fərman oğlu 

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-       katib

-       üzvləri
 

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri
 

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         katib

-         büro üzvləri
 
İctimaiyyətlə əlaqələrə məsul şəxs  
Elmlər doktorları 
Fəlsəfə doktorları