AMEA Yüksək Texnologiyalar Parkı

Veb-sayt www.ameaytp.az                       
Ünvan AZ1032, Bakı ş., Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçə,9 
Tel. (+994 12) 3766756
Faks (+994 12) 3766756
Elektron poçtu office@ameaytp.az
Direktor

Vasif Bilal oğlu Abbasov

Xidməti tel.: (+994 12) 3766756

vasifabbasov.tsz@gmail.com

Direktor müavini

Elyar Eldar oğlu Kərimov 

Xidməti tel.: (+994 12) 3766756 (103) 

Mob.tel.: (+994 50) 3222272  

e.kerimov@ameaytp.az

Yaranma tarixi  Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 
Əsas fəaliyyət istiqamətləri AMEA Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. AMEA Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsi texnoparkın əsas fəaliyyət istiqamətidir. 
İşçilərinin ümumi sayı 32
Struktur bölmələri
Hüquq, insan resursları və sənədlərlə iş şöbəsi
Maliyyə və iqtisadi təhlil şöbəsi
İnvestisiya, marketinq və  kommersiya şöbəsi
Texnologiyaların transferi, patent və biznes inkubasiya şöbəsi 
Strateji inkişaf şöbəsi
Ərazi idarəetmə şöbəsi
Xüsusi şöbə

Müşahidə Şurası

Müşahidə Şurasının sədri - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Ənvər oğlu Mehdiyev  

Müşahidə Şurasının katibi - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, müxbir üzv Əminağa Bəhmən oğlu Sadıqov  

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Məhəmməd oğlu Əliquliyev

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Məmməd qızı Hüseynova

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyev

Ekspertlər şurası

 

Ekspertlər Şurasının sədri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Məhəmməd oğlu Əliquliyev  

Ekspertlər Şurasının katibi - Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Məcid oğlu Fərzəliyev 

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru,  akademik Əliyev Telman Abbas oğlu 

AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini,  akademik Cavad Şahvələd oğlu Abdinov 

AMEA-nın Polimer Materialları İnstitutunun direktoru,  AMEA-nın müxbir üzvü Bəxtiyar Əjdər oğlu Məmmədov

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Əbil oğlu Səmədov

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Qurbanəli oğlu Ələkbərov

YTP-nın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC

“Elm və Texnologiya Parkı” MMC

“Millers oils Azerbaijan” MMC

"DN TECHNOLOGIES" MMC 

"Azeltech" MMC 

Buta ARMOR   

“EPC Group” MMC

"İNKOR" MMC  

“Aşqar” Elmi İstehsalat Birliyi

“Buta Armor Technologies” MMC

“4MAPS Bilgi Teknolojileri” MMC  

“INTELPRO” MMC  

“EMSYS” MMC

Elmlər doktorları

Fəlsəfə doktorları