Nemətova Məşədixanım Sədulla qızı

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Məşədixanım Səədulla qızı Nemətova 1924-cü il yanvarın 5-də Bakıda anadan olmuşdur. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq­şü­nas­lıq fakültəsini bitirmişdir. 1954-cü ildə fəlsəfə doktoru, 1968-ci ildə isə elmlər dok­toru elmi dərəcələrini  almışdır. 2001-ci ildə Azər­bay­can Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üz­vü seçilmiş, 2009-cu ildə “Azərbay­canda epiq­rafik irsin tədqiqi sahəsində xüsusi xid­mət­lərinə görə” Azərbaycan Respublikası Pre­zi­dentinin 4 mart 2009-cu il tarixli Sərən­camı ilə “Şöhrət” orde­ninə layiq görülmüşdür.

M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi əra­zisini – indiki Ermənistan, Dağıstan və  Gür­cüs­tanı addım-addım gəzərək, ərəb qra­fi­ka­sı­nın çətin oxunan kufi kitabələrini araşdırıb oxu­muş və onların tarixi əhəmiyyətini müəy­yən­ləşdirmişdir. İqtisadi-siyasi, so­sial-mədəni, tarixi, me­mar­lıq, sənətşünaslıq, fi­lologiya, islam fəl­səfəsi – sufizm, to­po­ni­mi­ka, etnoge­nez və s. bu kimi problemlərə dair kül­li miqdarda yeni, bəzən hətta yeganə dəqiq sə­nədlərlə Azərbaycanın tarixşü­naslıq bazasını zən­ginləşdirmişdir.

M.Nemətova Zəngəzurun Urud abidələrinə əsasən azər­baycanlıların Cənubi Qafqa­zın aborigen xal­qı olduğunu və alban mədəni irsinin varisi ol­duğunu sübuta yetir­mişdir. Məşədixanım Ne­mətova İlisu sultanlarının məzar daşlarında olan kitabələrə əsasən onların Əlibəy Şami (Suriya) övladları olmalarını sübut etmişdir.

M.Nemətova Azərbaycanın tari­xi ərazisi olmuş Cənubi Da­ğıstanın Dər­bənd da­xil olmaqla, epiqrafik abidələrini tədqiq et­miş və buna əsasən Azər­baycanın Samur ça­yı­na qədər tarixi ərazisini müəyyənləş­dir­miş­dir. Zəngə­zur, Laçın, Kəlbəcərdə, Gürcüstanda Armazisxevidə, Qobustan tərəfdəki Qarabağ və başqa qəbirstanlıqlarda aşkar etdiyi XIV-XIX əsrlərə aid at və qoç heykəlli və başdaşı for­malı məzar daşlarında türk tayfalarına məx­sus tamqaların, şamanların təs­virləri əsa­sın­da Cənubi Qafqazda türk tayfalarının ya­yıl­ma arealını və beləliklə, Azərbaycanın tari­xi ərazisini müəyyənləşdir­miş­dir. O, XIII-XIV əsrlərə aid Abşerondakı (Buzovna, Şa­ğan, Yeni Sura­xanı) üç xristian abidəsi əsa­sın­da xris­tian Suriya nəsranilərinin Abşeronda yaşamalarını, türkləşmələrini və Azər­bay­can xalqının təşəkkü­lün­də iştirak etmələrini sübut etmişdir.

M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən ar­tıq monoqrafiya, 200 elmi məqalə, o cüm­lə­dən, 6 cildlik “Azərbaycanın epiqrafik abi­də­lə­rinin toplu­su” nu nəşr etdirmişdir.

M.Nemətova 26 dekabr 2016-cı ildə vəfat etmişdir.

 (1924-2016)