Əhmədov Qoşqar Teymur oğlu

Əhmədov Qoşqar Teymur oğlu 1917-ci il oktyabrın 20-də Gədəbəy rayo­nun­da anadan olmuşdur. 1930-33-cü illərdə Bakı Beynəl­miləl Pedaqoji Texni­kumunda təhsil almış, 1940-cı ildə Azər­baycan Dövlət Universite­tinin Fizika-riyaziy­yat fakültəsini, 1942-ci ildə F.Dzerjinski adına Hərbi Akademiyanı bitir­miş­dir. O, 1950-ci ildə fəlsəfə doktoruluğu, 1960-cı ildə elmlər doktorluğu dis­ser­tasiyasını müdafiə etmiş, 1961-ci ildə profes­sor elmi adını almış, 1969-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.

1942-1946-cı illərdə Bakı qarnizonu komandanının zenit artilleriyası üzrə müavini, 1946-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində assis­tent, do­sent, dekan müavini, 1958-ci ildən ömrünün sonuna qədər Diferensial və inteq­ral tənliklər kafedrasının müdiri, 1970-1972-ci illərdə Mexanika-riyaziyyat fakül­təsinin dekanı işləmişdir.

Q.Əhmədovun əsas elmi istiqaməti qeyri-xətti inteqral tənliklər nəzə­riy­yəsi ilə bağlıdır. İdarəetmə nəzəriyyəsi, diferensial-fərq tənlikləri nəzəriy­yəsi sahə­sində mühüm elmi nəticələr əldə etmişdir. Nüvəsi parametrdən asılı olan bir sinif qeyri-xətti inteqral tənliyi cırlaşmış nüvələr üsulu ilə araşdır­mışdır.

1965-ci ildən müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal pro­sseslərin riyazi nəzəriyyəsi istiqaməti üzrə elmi fəaliyyətə başlamış və gənc nəslin böyük bir dəstəsini bu istiqamətdə elmi tədqiqatlar aparmağa yönəlt­mişdir. 1965-ci ildə respublikamızda ilk dəfə "Optimal idarəetmənin riyazi əsasları" üzrə elmi seminar təşkil etmiş və burada riyaziyyatın müxtə­lif yeni sahələri (optimal idarəetmə nəzəriyyəsi, meyl edən diferensial tənlik­lər nəzə­riyyəsi, dayanıqlıq nəzəriyyəsi) öyrənilmişdir.

Q.Əhmədov 70-dən çox elmi əsərin müəllifidir. Rəhbərliyi altında 60-dan çox fəlsəfə doktoru hazırlanmışdır.

Q.Əhmədov Moskva Riyaziyyat Cəmiyyətinin və keçmiş SSRİ Ali Təh­sil Nazirliyi nəzdnində Riyaziyyat üzrə Metodik Şuranın üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Qoşqar Əhmədov 1975-ci ildə Bakıda vəfat etmişdir.

(1917-1975)