Bağırzadə Faiq Məmməd oğlu

F.Bağırzadə 1926-cı ildə Bakı şəhərin­də anadan olmuşdur. 1949-cu ildə Azərbay­can Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Uni­versiteti) Geoloji-kəşfiyyat fakül­təsini mühəndis-geoloq ixtisası üzrə bitirmış­dır.

F.Bağırzadə 1953-cü ildə geologiya-mineralogiya üz­rə fəlsəfə doktoru, 1964-cü ildə elmlər dok­toru elmi dərə­cələrini almış, 1976-cı ildə Azərbaycan Elm­lər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçil­mişdir.

F.Bağırzadə əmək fəaliyyətinə 1949-cu ildə «Qobustanneftkəş­fiy­yat» tres­tin­də başlamış və elə həmin il Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası kafedrası nəzdində aspiranturaya daxil olmuşdur. 1951-1953-cü illərdə «Azneft» Birliyinin «Dənizdə kəş­fiy­yat qazması» trestinin «Neft Daş­ları» idarəsində mühəndis-geoloq, Azər­baycan Elmi Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutunun çöl tematik parti­yasında mühəndis-geoloq və partiya rəisi işləmiş­dir. 1952-1954-cü illərdə Azərbay­can Sənaye İnstitutunun Neft və qaz yataqla­rının geolo­giyası kafedrasında assistent vəzifəsində işləmiş­dir. 1954-1962-ci illərdə kafedra­nın böyük mü­əllimi və dosenti işləmiş, 1962-1965-ci illərdə Azər­bay­can Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakül­təsinin dekanı təyin olunmuşdur.

F.Bağırzadə 1964-1965-ci illərdə Birma Respublikasında Ranqun Texno­lo­ji İns­ti­tu­tunun professoru vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azər­bay­can Neft və Kimya İnsti­tutunun (indiki ADNA) xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı, 1966-1970-ci illərdə Neft və qaz yataqlarının geologi­yası kafedrasının professoru və kafedranın müdiri vəzifələrində işləmişdir. F.Bağır­zadə 1970-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Uni­versiteti) rektor təyin edilmişdir. Onun iştirakilə universitetin tədris-mate­rial bazası xeyli genişlənmiş, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açıl­­mış, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunmuşdur.

F.Bağırzadə neft geologiyası və Cənubi Xəzərin neft-qaz yataqlarının geo­kimyası sahələrində görkəmli alim idi. Xəzər akvatoriya­sı­nın bir sıra sahələri­nin neft-qaz yataqlarının («Günəşli» strukturu) perspek­tiv­li­yini öyrənmişdir.

F.Bağırzadə 100-dən artıq elmi əsər, o cümlədən 12 monografiya, geologi­ya­nın və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərsliklər və tədris və­saitləri nəşr etdirmişdir.

F.Bağırzadənin elmi kadrların hazırlanması işində böyük xidmətləri olmuşdur.

F.Bağırzadə “Oktyabr İnqilabı” və “Qırmızı Əmək Bay­rağı” ordenləri ilə təl­tif olunmuşdur. 1980-ci ildə ona Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adı verilmişdir. O, bir qrup alimlərlə birlikdə “Azərbaycan SSR-in neft və qaz yataq­ları və perspektivli strukturları xəritə­si”nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Akademik Faiq Bağırzadə 1988-ci ildə Bakıda vəfat etmişdir.

(1926-1988)