Axundov Ağamusa Ağası oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axun­dov 1932-ci il fevralın 2-də  Kürdəmir  şəhə­rində ana­dan ol­muş­­dur. Orta məktəbi qızıl medalla bitir­dikdən son­ra 1950-1955-ci illər­də Azərbaycan Dövlət Universite­ti­nin fi­lo­lo­­giya fa­kül­tə­sində, 1959-1965-ci illərdə Azər­bay­can Peda­qoji Xarici Dil­lər İnstitutunun Qər­bi Avro­pa dil­­ləri fakültəsində təhsil almış­­­dır. 1964-cü ildə filologiya üzrə elmlər doktoru alimlik dərəcəsini almış, 1967-ci ildə pro­fessor adına layiq görülmüş, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1990-2011-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 2001-2011-ci illərdə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində çalışmış, 2011-ci ildən ömrünün sonunadək AMEA-nın Rəyasət Heyətinin müşaviri olmuşdur.

A.Axundov Sovet Türkoloqları Komi­tə­si­nin, Al­ma­ni­­ya Demokratik Respub­li­ka­sında nəşr edilən «Fo­­netika, dilçilik: Kom­­munikativ tədqiqat­lar» adlı bey­nəl­xalq elmi-nəzəri jurnalın re­dak­siya he­yətinin üzvü, Azərbaycan Elmlər Aka­­demiyasının Ter­mi­nologiya Ko­missiyası səd­­rinin müa­vini, Azər­bay­can Ali Soveti Rə­ya­­­sət Heyətinin To­po­nimika Ko­mis­si­ya­sının, AzərTAC-ın tərcümə şu­ra­sı­nın, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İda­rə He­yə­tinin üzvü, Sovet-Amerika Dost­luq Cə­miy­yə­ti Bakı şöbəsinin səd­ri kimi geniş ictimai-elmi fəaliyyət gös­tərmişdir.

Görkəmli alim Misir Ərəb Respublikasının Qahirə şə­hə­rində, Eyn-Şəms Universite­tində Azər­bay­can dili və ədəbiyyatından dərs demiş (1965-1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Tür­kiyə, 1990), İstanbul (1992) şəhərlərində bey­nəl­xalq elmi kon­franslarda iştirak etmiş, Dostluq evi­­nin və Sovet Amerika Əlaqələri İnsti­tu­tu­nun xüsusi heyətinin tərkibində ABŞ-da olmuş, Nyu-York­da II Dünya müharibəsi­nin qur­tar­ma­sı­nın 30 illiyinə həsr olunmuş iclasda iştirak et­miş­­dir (1975).

A.Axundov Yaponiya Elmə Yardım Cə­­miyyətinin də­­­vəti ilə bir ay Tokio Uni­ver­si­tetində Azər­bay­can dili dərsi demiş, Kobe Uni­­versitetində və Tokio Şərq Kitab­xa­nasında «Azər­baycan di­­­li inkişaf yollarında» möv­zu­sun­da 2 konf­rans keçirmişdir.

Alimin «Ümumi dilçilik», həm­müəllif ol­du­ğu «Dilçiliyə giriş», «Azər­bay­can dili»  ki­tab­ları dönə-dö­nə nəşr olunmuşdur. «Azər­bay­can di­li­nin tari­xi-etimoloji lüğəti» əsəri üzə­­rində çalışmaları davam edir. Azərbaycan Res­pub­li­ka­­sı Dil­­­lərin işlənməsi və inkişaf qa­nu­nauy­ğun­luq­la­rı Əlaqələndirmə Şurası­nın sədri, ASE-nin Məs­ləhətçilər Şu­rasının, Gürcüstan EA Dil­çi­lik İns­titutunun və Bakı Döv­lət Uni­ver­si­te­ti­nin doktorluq dərəcəsi ve­rən ixtisaslaş­mış mü­dafiə şu­ra­larının, XMA-nın Azərbaycan böl­­məsi komitəsinin, «So­vets­ka­ya tyur­ko­lo­giya», «Ulduz» və «Azə­r­­bay­can» jurnallarının re­dak­si­ya heyətlə­ri­nin üzvü ol­muş­­dur.

A.Axundov Xalqlar dostluğu sahəsində mühüm xid­mət­lərinə görə ABŞ-ın «Friend­ship Forse» («Dost­luq qüvvələri») ictimai təş­kilatının fəxri fərmanına layiq gö­rülmüşdür (1987). ABŞ-ın Nyu-Or­lean şəhərinin fəxri xarici vətəndaşı, Lui­ziana ştatının paytaxtı Baton Ru­jun Şəhər Şu­rasının fəxri üzvü (1987), Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət He­yə­ti­nin üzvü (2003-cü ildən) olmuşdur.

Akademik A.Axundov 1986-cı ildə Azərbaycan Respublikasının Dövlət Müka­fatına layiq görülmüş, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif edil­mişdir.

Akademik Ağamusa Axundov 2015-ci ildə Bakıda vəfat etmişdir.

 (1932-2015)