Dalin Mark Aleksandroviç

Dalin Mark Aleksandroviç 1906-cı il martın 25-də Bakı şəhərində anadan olmuş­dur. Azərbaycan Sənaye İnstitutunun Texno­loji fakültəsini bitirmişdir (1930).M.Dalin 1938-ci ildə texnika üzrə fəlsəfə doktoru və 1953-cü ildə texni­ka üzrə elmlər doktoru elmi dərəcə­sini, 1959-cü ildə professor elmi adı­nı almış­dır. 1959-cu ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

1934-1960-cı illərdə SSRİ KSXK-nin nəzdində olan Azərbaycan SK zavo­dun­da baş mühən­dis, direktor müavini, direktor; 1960-1964-cü illərdə Az SSR EA-nın Kimya Elmləri Bölmə­sinin akademik-katibi, eyni zamanda, p/q №2 müəssi­səsində (sonradan Az.Döv.ET “Olefin” İnstitutu) elmi işlər üzrə direktor müavi­ni; 1964-1987-ci illərdə aşağımole­kullu olefin­lərin alınması və emalı üzrə Ümumittifaq Elmi-tədqiqat Texno­logiya (UİET Olefin) İnstitutunun və Təcrübə zavodu­nun direktoru, 1987-1996-cı illərdə UİET Olefin İnstitutunda məsləhət­çi-baş elmi işçi işləmişdir.

M.Dalinin rəhbərliyi altında benzolun və başqa aromatik karbohidro­gen­lərin alınması məqsədilə pirolizin maye məhsullarının emalı, olefinlərin oksid­ləşdirici ammonolizi, propilen oksidinin stirolla birgə alınması prosesi­nin fun­damental nəzəri və texnoloji əsasları işlənmiş, səthi-aktiv maddələr, yağlar üçün aşqarlar və s. birləşləmələr üçün əsas xammal olan yüksəkmole­kullu ole­finlərin xətti və şaxələnmiş quruluşlarının proqressiv istehsal tex­no­lo­giyala­rının yaradılması üzrə böyük silsilə işlər aparılmışdır.

M.Dalinin rəhbərliyi altında yağların keyfiyyətini əhəmiyyətli dərəcə­də yax­şılaşdıran alkilfenol aşqarlarının istehsalında istifadə olunan propi­le­nin trimer və tetramerlərin böyük tonnajlı istehsal texnologiyasının tətbiqi həyata keçi­rilmişdir.

Etilenin oliqomerləşməsi sahəsində aparılan fundamental tədqiqatlar alu­minium üzvi katalizatorların iştirakı ilə etilenin birmərhələli yüksək tem­peraturlu oliqomerləşməsi üsulu ilə yüksəkmolekullu həddi α-olefinlərin alın­ması prosesini işləyib hazırlamağa imkan vermişdir.

 Onun rəhbərliyi ilə qısa müddətdə təcrübə qurğusu yaradılmışdır. Bu proses həmin qurğuda aprobasiya olunaraq, yüksək keyfiyyətli α-olefin­lərin nümunələri alınmışdır. Onların əsasında isə sintetik yağların, səthi-aktiv maddə­lərin, plastifika­tor­ların və digər neft-kimya məhsullarının alınmasının müm­künlüyü göstəril­mişdir.

M.Dalin 500-dən çox elmi əsərin, o cümlədən 140 müəlliflik şəha­dət­namə­sinin və 5 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 8 elmlər doktoru və 50 fəlsəfə doktoru hazırlanmışdır.

 Əməkdar elm xadimi fəxri adına, SSRİ Dövlət Mü­ka­fatına (2 dəfə) layiq gö­rül­müşdür

“Lenin ordeni”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” (2 dəfə) or­denləri, “Qafqazın müdafiəsi uğrunda”, “Şərəfli əməyə görə” (3 dəfə), “Əmək ve­teranı”, “Böyük Vətən Müharibəsindəki qələbənin 40 illiyi” medalları ilə təltif olunmuşdur.

Akademik Mark Dalin 1996-cı ildə Moskvada vəfat etmişdir.

(1906-1996)