Əfəndiyev Ayaz Adil oğlu

Əfəndiyev Ayaz Adil oğlu 1938-ci il yanvarın 15-də Bakı şəhərində ana­dan ol­muş­dur. Azərbaycan Neft və Kimya İnstitu­tu­nun Kimya-texnologiya fakültə­sini bitirmiş (1959). Moskva şəhə­rində Fiziki Kimya İnstitutunun aspirantura­sında təhsil almışdır (1960-1963). Kimya üzrə fəlsəfə doktoru (1965), elm­lər doktoru (1982) elmi dərəcəsini, pro­fes­sor (1986) elmi adını almışdır.

A.Əfəndiyev AMEA-nın müxbir üzvü (2001), həqiqi üzvü seçilib (2007).

A.Əfəndiyev 1965-ci ildən etibarən elmi fəa­­liy­yətini M.Nağıyev adına Kim­ya Texnolo­giyasının Nəzəri Prob­­lemləri İnsti­tu­tunda da­vam etdirmiş, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, 1971-ci ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır. M.Lomonosov adına Moskva Dövlət Univer­si­­tetində doktorluq dis­­sertasi­yası müdafiə etmişdir (1982). O, 1987-ci ildən Polimer Materialları İns­ti­­tu­tunun direktoru və Kimya Texnolo­giya­sı­nın Nəzəri Problemləri İnstitutunun (indiki Kataliz və Qeyri-Üzvi Kimya) "Polimer sor­bentlər və katalizatorları" labo­ra­­to­riya­sının müdiri işləmişdir.

Kimya Elmləri Bölməsinin akademik-katibin (2001-2007), AMEA-nın aka­demik-katibi vəzifəsində çalışmışdır (2007).

Akademik V.Karginin və akademik V.Kabanovun tələbəsi olmuş A.Əfən­diyev yüksəkmolekullu bir­ləş­mələr sahəsində tanın­mış mütəxəssis idi. Onun tərəfin­dən polimer sorbentlər və kata­lizatorların alın­ma­sının və xassələrinin tənzim­lən­məsinin yeni prinsipləri işlənib hazırlanmışdır. O, 220-dən çox elmi əsərin və ixtiranın müəllifidir. ABŞ-da, Almaniyada, İngiltərədə, İtaliyada, Ya­po­ni­yada və başqa aparıcı ölkələrin jurnallarında elmi məqalələri dərc olun­muşdur. A.Əfəndiyevin apar­dığı tədqiqatların nəti­cə­lərindən bir sıra dərslik­lərdə, dərs vəsaitlərində, monoqrafi­ya­larda isti­fa­də olunmuş və onlar Polimer­lər Ensiklo­pe­diyasına daxil edilmişdir.

A.Əfəndiyev Nyu-York Elmlər Akade­miya­sının həqiqi üzvü və Ame­rika Kimya Cəmiyyətinin üz­vü olmuşdur. O, Ankara Orta Şərq Texniki Uni­ver­si­tetinin xatirə medalı ilə təltif olunmuşdur. A.Əfəndiyev Yüksəkmole­kullu bir­ləş­mə­lər kimyası üzrə Problem Şurasının sədri və Rusiya EA Yüksək­­mole­kullu birləş­mələr Elmi Şurasının üzvü, "Azərbaycan Kimya Jurnalı"nın baş redakto­runun müavini, M.Na­ğıyev adına Kimya Texnologi­yasının Nə­zəri Problemləri İnstitu­tu­­nun nəzdində fəa­liy­yət göstərən Disser­tasiya Şura­sı­nın sədr müavini olmuşdur. Onun adı ABŞ-da nəşr olunan "Dünyada kim kimdir" mə­lumat kitabına və İngiltərədə nəşr olunan bey­nəlxalq bioq­rafik lüğətə daxil edilmişdir. 1994-cü ildə A.Əfəndiyevin rəhbərliyi altında bir qrup alim Beynəl­xalq elm fondunun (Soros fondunun) qrantını almış və Piza Universiteti (İtaliya), Kral Texno­logiya İnsti­tutu (Stokholm, İsveç), Bremen Universiteti (Alma­ni­ya), Üzvi Sintez İnstitutu və Ural Meşə Tex­niki Akademiyası (Yeka­terinburq, Rusiya) alimləri ilə birlikdə Beynəl­xalq İNTAS fondunun qrantı üzrə müştərək proqram üzərində işləmişdir.

A.Əfəndiyevin rəhbərliyi altında 11 fəlsəfə və 1 doktorluq dissertasi­yası hazırlanmışdır.

"Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə,  AMEA-nın Fəxri fər­man­ları ilə təl­tif olunmuşdur. Əməkdar elm xadimi fəxri adı almışdır.

Akademik Ayaz Əfəndiyev 2007-ci ildə Bakıda vəfat etmişdir.

(1938-2007)