Əliyev Sahib Müseyib oğlu

  (1933-1990)
Əliyev Sahib Müseyib oğlu 1933-cü il martın 15-də Gədəbəy rayonunda anadan olmuşdur.

S.Əliyev 1954-ci ildə Azərbaycan Sənaye İnstitutu­nu bitirmiş, 1959-cu ildə texnika üzrə fəl­səfə doktoru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərə­cələrini, 1971-ci ildə profes­sor elmi adını almışdır.

S.Əliyev 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-ci ildə həqiqi üzvü seçilmişdir.

S.Əliyev AEA Neft-Kimya Proses­ləri İnstitutunda laboratoriya müdiri (1969) və Plas­tik kütlələr şöbəsinin müdiri (1970-1976) işləmişdir. S.Əliyevin əsas elmi istiqa­mət­ləri aromatik karbohid­rogenlərin heterogen-katalitik və destruktiv alkilləşməsi, alkil- və tsikloalkila­ro­matik birləş­mələrin dehid­rogenləşməsi, alken və arilalkenlərin ho­mo­gen və heterogen metal-kompleks katalizatorlar və sərbəst-radikal inisiator­ları iştirakında oliqomerləş­məsi, poli­merləşməsi sahə­sində apar­dığı fundamental tədqi­qatlarla bağlıdır. Onun rəh­bərliyi ilə kompleks yararlı fi­zi­ki-mexaniki xas­sələrlə xarakterizə olunan oliqo­mer və birgə oliqo­merlərin alın­ması tətbiqini tapıb və yeni sinif poli­funk­sional, kondensləşməyə və poli­mer­ləşməyə qabil monomer­lərin, vinil- və paraizo­propenilfenolların, onların allil-, qlisidil- mürəkkəb efirləri­nin alınma üsul­ları işlənib hazırlanmışdır. Aparılmış fun­da­mental tədqiqatlar əsasında tikinti səna­yesində beton məhlul­larına kimyəvi qatqı kimi istifadə edilən super­plas­tifikatorların, suda həll olan oliqosulfonatların yerli xammal - neftin katalitik krekinq prosesində alınan yüngül qazoyl fraksiyası əsa­sında ekoloji baxımdan səmərəli texnolo­giya üzrə alınmasının elmi əsasları işlə­nib hazırlanmış və sənaye miqyasında istehsalının təş­kili üçün lazımi tövsiyələr verilmişdir.

S.Əliyev pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Azərbaycan Neft və Kim­ya İnstitutunun Kimya-texnologiya fakültəsində və Azərbaycan Poli­texnik İnstitutu­nun Tikinti materialları kafedrasında müəllim işləmiş, yük­sək hazır­lıqlı elmi və mühəndis kadrların yetişdirilməsində fəal iştirak etmişdir.

S.Əliyevin elmi tədqiqatlarının nəticələri 504 elmi əsərdə, o cümlədən 1 mo­noqrafiya, 190 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır.

S.Əliyev 3 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlamışdır.

S.Əliyev SSRİ EA və Azərbaycan SSR EA Neft kimyası üzrə Koor­dinasiya      Şu­rasının üzvü olmuşdur.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, Ümumittifaq Xalq Təsər­rüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və diplomu ilə təltif olunmuşdur.

Akademik Sahib Əliyev 1990-cı ildə Bakıda vəfat etmişdir.