Tel. | (+994 12) 5397741;(+99412) 5100759 | |
Faks | ||
Elektron poçtu | training_center@iit.science.az | |
Struktur bölmənin rəhbəri |
Rəsmiyyə Şərif qızı Mahmudova Texnika elmləri üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri |
Elmi fəaliyyət: 1. İnformasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi problemləri; 2. İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyası məsələləri; 3. Jest dilinin tanınması problemləri; 4.Cəmiyyətin informasiya təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi məsələləri. Tədris fəaliyyəti: • 2003-2019-cu illərdə respublikanın 19 mindən çox doktorant və dissertantlarına mərkəzləşdirilmiş qaydada “İnformatika” fənni tədris olunmuş və onlardan imtahan qəbul edilmişdir; • AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi və seçmə fənnlərin tədrisi və imtahanların təşkili; • İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili; • Respublika üzrə ali təhsil müəssisələrinin tələbələri arasında proqramlaşdırma və informatika üzrə olimpiadaların və müxtəlif yarışmaların təşkili; • Distant kursların, seminar və konfransların təşkili; • AMEA-nın institut və təşkilatlarında fəlsəfə doktoru proqramı hazırlığı üzrə qəbul imtahanlarının (fəlsəfə və ixtisas fənnlərindən) və doktorant və dissertantların ixtisas fənnindən doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsinə proqram-texniki dəstək; • İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin hazırlanması və həyata keçirilməsi; AR Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tədris üçün hazırlanan “İnformatika” fənni üzrə dərslik komplektlərinin layihələrinin təkmilləşdirilməsi işinə dəstək göstərilməsi; və s. |
|
Əsas elmi nəticələri |
- Ümumi mədəniyyət kontekstində fərdlərin informasiya mədəniyyətinə dair mövcud baxışlar müqayisəli təhlil olunmuş və elmi-nəzəri problemlər müəyyən olunmuşdur; - Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir; - Təklif edilmiş konsepsiya əsasında informasiya mədəniyyətinin məntiqi ardıcıllıq təşkil edən tərkib hissələrindən ibarət yeni strukturu işlənmişdir; - İnformasiya mədəniyyətinin ümumiləşdirilmiş və tərkib hissələri üzrə metrik qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sistemi işlənmişdir; - Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis hibrid metodlar təklif edilmişdir; - İnformatika fənninin tədrisi ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılmış və müqayisəli təhlil olunmuşdur; - İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyası üçün təkliflər işlənilmişdir; - Jest dilinin avtomatik tanınması sistemləri analiz olunmuş, onların üstünlükləri və çatışmazlıqları təhlil edilmişdir; - Milli jest dilinin və daktil əlifbasının tanınması sistemlərinin yaradılması üçün təkliflər işlənilmişdir; - Cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin səviyyəsinin müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılır. |