Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Tədris-İnnovasiya Mərkəzi

Tədris-İnnovasiya Mərkəzi
Tel. (+994 12) 5397741;(+99412) 5100759
Faks  
Elektron poçtu training_center@iit.science.az
Struktur bölmənin rəhbəri

Rəsmiyyə Şərif qızı Mahmudova

Texnika elmləri üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 12
Əsas fəaliyyət istiqamətləri 

Elmi fəaliyyət:

1. İnformasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi problemləri;

2. İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyası məsələləri;

3. Jest dilinin tanınması problemləri;

4.Cəmiyyətin informasiya təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsi məsələləri.

Tədris fəaliyyəti:

• 2003-2019-cu illərdə respublikanın 19  mindən çox  doktorant və dissertantlarına mərkəzləşdirilmiş qaydada “İnformatika” fənni  tədris olunmuş və onlardan imtahan qəbul edilmişdir;

• AMEA-nın magistraturasında təhsil alan tələbələrə ümumi və seçmə fənnlərin tədrisi və imtahanların təşkili;

• İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili;

• Respublika üzrə ali təhsil müəssisələrinin tələbələri arasında proqramlaşdırma və informatika üzrə olimpiadaların və müxtəlif yarışmaların təşkili;

• Distant kursların, seminar və konfransların təşkili;

• AMEA-nın institut və təşkilatlarında fəlsəfə doktoru proqramı hazırlığı üzrə qəbul imtahanlarının (fəlsəfə və ixtisas fənnlərindən) və doktorant və dissertantların ixtisas fənnindən  doktorluq imtahanlarının elektron test üsulu ilə keçirilməsinə proqram-texniki dəstək;

• İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin hazırlanması  və həyata keçirilməsi; AR Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində tədris üçün hazırlanan “İnformatika” fənni üzrə dərslik komplektlərinin layihələrinin təkmilləşdirilməsi işinə dəstək göstərilməsi; və s.

Əsas elmi nəticələri

- Ümumi mədəniyyət kontekstində fərdlərin informasiya mədəniyyətinə dair mövcud baxışlar müqayisəli təhlil olunmuş və elmi-nəzəri problemlər müəyyən olunmuşdur;

- Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir;

- Təklif edilmiş konsepsiya əsasında informasiya mədəniyyətinin məntiqi ardıcıllıq təşkil edən tərkib hissələrindən ibarət yeni strukturu işlənmişdir;

- İnformasiya mədəniyyətinin ümumiləşdirilmiş və tərkib hissələri üzrə metrik qiymətləndirilməsi üçün  iyerarxik kriteriyalar sistemi işlənmişdir;

- Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis hibrid metodlar təklif edilmişdir;

- İnformatika fənninin tədrisi ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılmış və müqayisəli təhlil olunmuşdur;

- İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyası üçün təkliflər işlənilmişdir;

- Jest dilinin avtomatik tanınması sistemləri analiz olunmuş, onların üstünlükləri və çatışmazlıqları təhlil edilmişdir;

- Milli jest dilinin və daktil əlifbasının tanınması sistemlərinin yaradılması üçün təkliflər işlənilmişdir;

- Cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin səviyyəsinin müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılır.