Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Yusif Məmmədəliyevin seçilmiş əsərləri yenidən nəşr olunub
31.10.2019 11:52
  • A-
  • A
  • A+

Akademik Yusif Məmmədəliyevin seçilmiş əsərləri yenidən nəşr olunub

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin tədbirlər planına uyğun olaraq, akademik Yusif Məmmədəliyevin seçilmiş əsərlərinin I, II və III cildləri “Elm” Nəşriyyatında yenidən çap edilib.

Qeyd edək ki, I cild ilk dəfə 1945-ci ildə çap olunub və ona “Ön söz”ü Sosialist Əməyi Qəhrəmanı, akademik N.D.Zelinski və SSRİ EA-nın müxbir üzvü A.A.Balandin yazıblar. Kitabda alimin 37 əsəri verilib. II cilddə akademikin 68, III cilddə isə 72 elmi əsəri toplanıb.

Yeni nəşr magistrant, doktorant və elmi-tədqiqat işi ilə məşğul olanlar üçün dəyərli vəsaitdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: