Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib
25.04.2024 11:38
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc edilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova, doktorant Günay Məmmədova, böyük elmi işçi kimya üzrə fəlsəfə doktoru Türkan Quliyeva və mühəndis Esfira İsgəndərovanın həmmüəllifi olduqları məqalə “Russian Journal of Applied Chemistry” jurnalında (2023, Vol. 96, No. 8, pp. 801–805) nəşr olunub.

“Properties of Metal-Containing Composites Based on Blends of Low- and High-Density Polyethylene” (Aşağı və yüksək sıxlıqlı polietilen qarışığına əsaslanan metaltərkibli kompozitlərin xüsusiyyətləri) adlı məqalədə müəlliflər tərəfindən aşağı və yuxarı təzyiqli polietilenlər qarışığı əsasında metaltərkibli nanokompozitlərin alınmasından, metal nanohissəciklərinin miqdarından asılı olaraq alınan nanokompozitlərin faza tərkibinin, mikro quruluşunun və bəzi xassələrinin dəyişməsindən bəhs edilir. Göstərilir ki, nanohissəciklərin 1.0 kütlə% miqdarında alınan nanokompozitlər yaxşılaşdırılmış fiziki-mexaniki, istilik-fiziki göstəricilərə və yüksək termiki davamlılığa malikdirlər.

Qeyd edək ki, Web of Science, Scopus kimi bazalara daxil olan jurnal 0.869 impakt faktora malikdir və Q4 kateqoriyasındadır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: