Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mustafa Naili “Divanı”nın Bakı nüsxəsi” kitabı nəşr olunub
02.05.2024 15:04
  • A-
  • A
  • A+

“Mustafa Naili “Divanı”nın Bakı nüsxəsi” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimovanın tərtib edib, nəşrə hazırladığı “Mustafa Naili “Divanı”nın Bakı nüsxəsi” adlı kitab işıq üzü görüb.

Kitabda yer alan “Ön söz”, lüğət, qeyd və izahların müəllifi də Lamiyə Rəhimovadır.

Hind üslubunun təsiri altında yazıb-yaratmış, XVII əsr Osmanlı-türk ədəbiyyatının ən görkəmli təmsilçilərindən olan Mustafa Nailinin “Divan”ının nəfis və qədim nüsxələrindən biri əsasında hazırlanan nəşrdə şairin müəllifi olduğu qəsidələr, müsəmmətlər, müstəzadlar, qitələr, rübailər, təkbeytlər, şərqilər və maddeyi-tarixlər yer alıb. Müəllifin müxtəlif janrlarda qələmə aldığı şeirlərinin toplandığı “Divan”ının əlyazma nüsxələri daha çox Türkiyə Respublikasının kitabxanalarında, biri nüsxəsi isə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunmaqdadır.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçisi fil.ü.e.d., professor Azadə Musabəyli, redaktoru görkəmli əlyazmaşünas Mustafa Mailoğludur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: