Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Sevinc Bayramova “Ərəbdilli əlyazmalar haqqında ümumi məlumat” mövzusunda mühazirə oxuyub.
Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Avrasiya Universitetinin tələbələrinin iştirak etdiyi təlimdə alim Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan ərəbdilli əlyazma kitablarından və kataloqlarından bəhs edib, onlardan nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Xatırladaq ki, institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi tədbirlərin may ayı boyunca davam etdirilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.