Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.05.2024 17:21
  • A-
  • A
  • A+

Gənc alim Günel Məliklinin ölkə başçısının gənclər siyasətinə həsr edilmiş məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

Gənc alim Günel Məliklinin ölkə başçısının gənclər siyasətinə həsr edilmiş məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin “Priority directions of youth and educational policy implemented by the president of the Republic of Azerbaijan Ilham Aliyev” adlı məqaləsi impakt faktorlu “ERIH PLUS” jurnalında nəşr olunub.

Məqalədə ölkə başçısının siyasi strategiyası və qoyulan məqsədlərə çatması yolunun siyasi liderliyin nadir nümunəsi olduğu vurğulanır. Qeyd olunur ki, müstəqilliyin ilk illərindən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və bilavasitə təşəbbüsü ilə gənclər siyasəti istiqamətində ciddi addımlar atılmış, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə cəmiyyət həyatında gənclərin iştirakını genişləndirən imkanlar daha da artmışdır.

“Ölkəmizdə gənclər siyasətinə, gəncliyin inkişafına çox diqqət yetirilir. Məhz bu səbəbdən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında gənclər siyasəti xüsusi yer tutur”, - deyə məqalədə bildirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: