Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap edilib
16.05.2024 12:14
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap edilib

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Monooksigenaz reaksiyaların modelləşdirilməsi laboratoriyasının əməkdaşlarının “Study of the Methanol Conversion into Dimethyl Ether Obtained in the Process of Biomimetic Methane Monooxidation by Hydrogen Peroxide” adlı məqaləsi Scopus, Chemical Abstracts Service (CAS) jurnallar siyahısına daxil olan “Materials Science Forum” jurnalında dərc olunub.

Məqalə metanolun biomimetik katalizator iştirakında 100% selektivliklə dimetil efirinə çevrilməsi reaksiyasının kinetik qanunauyğunluqlarının tədqiqi nəticələri və reaksiyanın mexanizmindən bəhs edilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: