Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qazaxca-Monqolca lüğət” və “Monqolca-Qazaxca lüğət” kitabları çap olunub
31.10.2024 17:02
  • A-
  • A
  • A+

“Qazaxca-Monqolca lüğət” və “Monqolca-Qazaxca lüğət” kitabları çap olunub

Monqolustanın paytaxtı Ulan-Batorda tanınmış altayşünas alim Bukatuli Bazılıxan (1932–2012) və Beynəlxalq Türk Akademiyasının eksperti Napil Bazılıxan tərəfindən hazırlanmış “Qazaxca-Monqolca lüğət” və “Monqolca-Qazaxca lüğət” kitabları çap olunub.

Bu lüğətlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Monqolustana dövlət səfəri zamanı nəşr olunub. Nəşri Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux dəstəkləyib. Əsərin “Ön söz”ünü Monqolustan Prezident Şurasının rəhbəri Qomboyazavın Zandanşatar yazıb.

Hər bir lüğət təqribən 60.000 sözdən ibarətdir və müasir leksikoqrafik standartlara cavab verir. Bu isə onları altayşünaslıq, türkologiya, qazaxşünaslıq və monqolşünaslıq üzrə tədqiqatlar üçün dəyərli elmi qaynaq edir.

Lüğətlərin elmi redaktoru Monqolustan Prezidenti yanında Dil Siyasəti üzrə Milli Şuranın rəhbər, filologiya elmləri doktoru Narangerel Nyamkhügiindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: