Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.05.2025 12:45
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə dərc edilib

Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə dərc edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Azərbaycanda milli və mədəni dəyərlərin qorunmasında Konstitusiyanın önəmi” adlı məqaləsi Türkiyədə “Kültürel Azerbaycan” jurnalında nəşr edilib.

Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyası milli-mənəvi dəyərlərin və mədəniyyətin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edir. Bu dəyərlər xalqın tarixini, dilini, adət-ənənələrini, dini inanclarını, musiqisini, ədəbiyyatını və ümumilikdə mənəvi irsini əhatə edir. Konstitusiyada bu dəyərlərin qorunması hüquqi zəmanət altına alınaraq, onların gələcək nəsillərə ötürülməsi və inkişafı üçün əsaslar yaradılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: