ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı k.ü.f.d. Fidan İbrahimovanın “Phase diagrams and thermodynamics of systems Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te)”, “Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te) sistemlərinin faza diagramları və termodinamikası” adlı kitabı nəşr olunmuşdur.
Kitab Ag-AIV-BVI (AIV-Ge, Sn, Pb; BVI-S, Se, Te) sistemlərinin faza diaqramlarının qurulması, modelləşdirilməsi və termodinamik parametrlərinin təyininə həsr edilmişdir. Qeyri-üzvi kimyanın aktual məsələlərindən birinin yeni həlli-ümumi xalkogenid anionlu qeyri-üzvi üçlü sistemlərin faza diaqramlarının və termodinamiki funksiyalarının 3D modelləşməsinin analitik həlli işlənmişdir. 2D və 3D analitik modellər Ag-Ge-Se, Ag-Sn-Se, Ag-Pb-Se(Te) sistemlərində maye və buxar fazadan bərk fazanın alınmasının temperatur, təzyiq və tərkib parametrlərinin optimallaşdırması üçün istifadə oluna bilər.
Tədqiqatların böyük həcminə görə, ədəbi məlumatları təhlil edərkən, əsasən son dövrlərə aid nəşrlərdən, icmal məqalələrindən və fundamental məlumat bazalarından istifadə olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.