Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib
31.10.2024 15:18
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri t.e.d., professor Ramin Rzayev 19-21 oktyabr tarixlərində Finlandiyanın Helsinki şəhərində keçirilən “1st International Symposium on Intelligent Technology for Future Transportation (ITFT – 2024)” konfransında iştirak edib.

R.Rzayev plenar iclasda “Forecasting Vehicle Mobility on Various Segments of the Urban Transport Network in the Fuzzy Paradigm” adlı məruzə ilə çıxış edib. Məruzədə Bakı şəhərində avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkətliliyi nümunəsindən istifadə edərək nəqliyyat şəbəkəsinin seçilmiş seqmentində nəqliyyat vasitələrinin orta gediş vaxtının qısamüddətli proqnozlaşdırılması probleminin həlli təklif olunur. İlkin məlumatlar kimi Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Texniki Baxış Sisteminin sürət sensorlarının göstəriciləri götürülüb.

Qeyd edək ki, konfransın təşkilat komitəsinın qərarı ilə R.Rzayevin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin direktor müavini, AR Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı Emil Əhmədov ilə həmmüəllif olduğu “Forecasting Vehicle Mobility on Various Segments of the Urban Transport Network in the Fuzzy Paradigm” adlı məruzə Web of Science və Scopus bazalarına daxil olan ixtisaslaşmış indeksli jurnalda dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: