Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

16.05.2024 11:42
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi Amerikada dərc olunub

Azərbaycanlı alimin məqaləsi Amerikada dərc olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Worldview Concept: History and Modernity (in the Context of Lotfi A. Zadeh’s Worldview” (Dünyagörüşü Konsepsiyası: Tarix və Müasirlik (Lütfi Ə.Zadənin Dünyagörüşü Kontekstində) məqaləsi ABŞ-nin onlarla jurnalının naşiri Medwin Publishers nəşriyyatının “Philosophy İnternational Journal”ında (İssn 2641-9130. Published Date: December 13, 2023 DOI: 10.23880/phij-16000311) yayınlanıb.

Missiyaları elmi yenilikləri tapıb işıqlandırmaq olan sözügedən məqaləni “Philosophy İnternational Journal”ı alimin əməkdaşlıq etdiyi ABŞ-nin David Publishing Company nəşriyyatının China-USA Business Review jurnalından (June 2023 China-USA Business Review 22(3) DOI:10.17265/1537-1514/2023.03.001) götürərək adını dəyişib yayınlamışdır.

Filosof alim cahanplus.com saytında ABŞ, Avropa, Asiya elm arenasına çıxışının əsas səbəbkarı üzvü olduğu ECLSS.com Beynəlxalq Konfrans Təşkilatının prezidenti, Kıprıs Bilim Universitetinin professoru Hasan Karacana minnətdarlığını bildirib. 

Qeyd edək ki, ABŞ-nin digər Fəlsəfə jurnalı - David Publishing Company nəşriyyatının Philosophy Study  jurnalı da bu il fəlsəfə elmləri doktrou Xatirə Quliyevanın “The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People” məqaləsini(13 (8) (2023) https://www. davidpublisher.com/index.php/ Home/Journal/detail?journalid=9&jx=CBR Volume 13, Number 8, August 2023 (Serial Number 133. https://philpapers.org/pub/3837/2023) dərc etmişdir.

Tanınmış filosof alim ABŞ-nin redaksiya heyətinin üzvü olduğu daha başqa bir “Philosophy İnternational Journal”ından baş redaktorluğu ilə jurnalın xüsusi nömrəsinin  hazırlanması təklifini almışdır.       

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: