Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı kitab çapdan çıxıb
01.05.2025 10:41
  • A-
  • A
  • A+

“Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı kitab çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı kitab çapdan çıxıb. 

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevadır.

İnstitutun Şərq-Qətb şöbəsində hazırlanan məqalələr toplusunda əməkdaşların müvafiq mövzuda məqalələri yer alıb. Məqalələr toplusunda müasir dünyanın inkişafında qloballaşma prosesinin rolu, ümumbəşəri dəyərlər prizmasından Şərq - Qərb əməkdaşlığı və mədəniyətlərarası dialoq zərurəti, dinlərarası dialoqun mahiyyəti və nəzəri əsasları məsələləri tədqiq edilir. Azərbaycan və Qərb mədəniyyətlərinin qarşılıqlı münasibətləri, sivilizasiyaların inteqrasiyası və müasir çağırışlar mövzularında araşdırmalar təqdim olunur. Həmçinin Avropa İttifaqı ölkələrində multikulturalzizm və miqrasiya problemləri, Azərbaycan - İsrail münasibətlərində qarşılıqlı uzlaşma meylləri, müsəlman xalqlarının mədəni irsinin qorunmasında UNESCO-nun rolu, müasir Azərbaycan və alman ədəbi dillərində nitq etiketlərinin müqayisəli təhlili mövzularında araşdırmalar yer alır.

Topluda ümumilikdə 10 məqalə təqdim edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: