Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb
26.04.2024 12:16
  • A-
  • A
  • A+

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda AMEA-da Rəyasət Heyətinin iclası, “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda elmi konfrans və Naxçıvanda keçirilən akademik Rəhim Rəhimovun 100 illik yubiley tədbiri haqqında yazılar da yer alıb.

Qəzetdə AMEA prezidenti akademik İsa Həbbibbəylinin pakistanlı nizamişünas alimlə və Yaponiyada yaşayan görkəmli azərbaycanlı alim Xəlil Kələntərlə görüşləri barədə xəbərlər, eyni zamanda Akademiya rəhbərliyinin iştirakı ilə keçirilən əhəmiyyətli tədbirlərə dair informasiyalar dərc edilib.

Bu sayda “Xalqımızın böyük ədəbi abidəsi” başlıqlı və Abdulla Şaiqin “Türk çələngi” kitabı haqqında məqalələr, eləcə də İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri, doktor Sabah Abdullah Kərküklü və AMEA-nın “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyev ilə müsahibələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində Beynəlxalq Ana Torpaq Günü ilə bağlı məqalə, bundan əlavə, ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: