AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında növbəti nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Azərbaycanşünaslığın inkişafı və azərbaycançılıq konsepsiyası” adlı analitik məqalə yer alır.
Qəzetin ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Türkiyənin Ərdəhan Universitetinin rektoru professor Dr. Öztürk Emiroğlu, Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru İnomjon Azimov və ABŞ-nin qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndə heyəti ilə görüşləri haqqında informasiyalar dərc edilib.
“Elm” qəzetinin bu nömrəsində “Tarixçi alim Musa Mərcanlının kitablarının elmi müzakirəsi”, “Sənətkarın elmi pasportu” seriyasından növbəti monoqrafiya” sərlövhəli yazılar, Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində Şəxs Adları Komissiyasının ilk iclası və “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan növbəti biblioqrafik göstəriciyə dair xəbərlər yer alır.
Bu sayda oxucular “Azərbaycan ədəbi dilinin XV əsr mərhələsi: müasir tədqiqat kontekstində”, “Birinci Türkoloji Qurultayın Naxçıvanda əks-sədası”, “Azərbaycanın rəqəmsal strategiyası və sosial transformasiya: İnnovasiya və dayanıqlı inkişafın yeni paradiqması” və “Qobustanın qədim mədəniyyəti” başlıqlı məqalələr və digər xəbərlərlə tanış ola bilərlər.
Qəzetin rus və ingilis dili bölmələrində Xocalı abidələri kompleksindən bəhs olunan məqalə, eləcə də Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və informasiyalar dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.