Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunda koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirilir
16.03.2020 15:52
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda koronavirusla bağlı profilaktik tədbirlər həyata keçirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq, Neft-Kimya Prosesləri İnstitutunda əlavə tədbirlər planı haqqında əmr imzalanıb, icraya məsul şəxslərə tapşırıqlar verilib.

Elmi müəssisənin iş otaqları, laboratoriyaları, yeməkxanası, iclas salonları, dəhlizlər və binanın həyəti dezinfeksiya olunub. Həmçinin institutun laboratoriyasında hazırlanmış, tam zərərsiz, yüz faiz biomənşəli antimikrob təsirli məhlul sprey qablarında elmi müəssisənin bütün otaqlarında qapıların tutacaqlarını dezinfeksiya etmək üçün əməkdaşlara paylanılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: