Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tarix İnstitutunun magistrantları üçün distant dərslər təşkil olunur
14.04.2020 13:24
  • A-
  • A
  • A+

Tarix İnstitutunun magistrantları üçün distant dərslər təşkil olunur

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, Tarix İnstitutunun I kurs magistrantları üçün martın 29-dan başlayaraq dərslər distant formada tədris olunur.

Elmi müəssisədə təhsil alan 5 magistranta qurumun tarixçi alimləri Allahverdi Əlimirzəyev “Mixi yazılar” və “Tarix elminin müasir problemləri”, Ellada Bəkirova “Azərbaycan Atropatena və Albaniya dövlətləri”, Ramin Əlizadə “Tarixin tədrisi metodologiyası və metodikası”, Tofiq Nəcəfli “Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”, Fərəh Hüseyn “Osmanlı xətləri” və “Əski əlifba” fənlərini tədris edirlər. Həmçinin Hacı Həsənov və Vidadi Umudlu tərəfindən “Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazımbəyin tarixi görüşləri”, “XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı”, Cəbi Bəhramov tərəfindən “Azərbaycan tarixində neft amili (XIX-XXI əsrin əvvəlləri)”, Vaqif Abışov tərəfindən isə “XX əsrdə erməni daşnaklarının Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları” fənləri tədris olunur.

Distant təhsilin gedişatı barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə mütəmadi olaraq hesabatlar təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: