www.science.az
28.09.2020 10:24

Azərbaycan və Qazaxıstan tibbi turizm sahəsində elmi-praktiki əməkdaşlığı gücləndirir

Qazaxıstanın Milli Kurort Assosiasiyası Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə müalicəvi turizm və sanator-kurort sahələrində ikitərəfli elmi-praktiki əlaqələrin daha da inkişaf etdirilməsi üçün AMEA-nın Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar institutları, eləcə də Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioloji Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Memorandumların məqsədi tibbi turizm, sanator-kurort müalicəsi sahəsində əməkdaşlığın inkişafı, yeni tibbi-bioloji texnologiyalar və biotibb tədqiqatları üzrə təcrübə mübadiləsi, sağlamlaşdırma sahəsində birgə layihə və treninq proqramlarının həyata keçirilməsidir. Bundan əlavə, imzalanmış sənədlər Qazaxıstanla Azərbaycan arasında iki ölkənin sanatoriyalarına müalicə-sağlamlıq məqsədləri üçün yönələn qaşılıqlı turist axınının artmasına təkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.