www.science.az
15.01.2015 00:00

“Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

29 mart-1 aprel 2015-ci il tarixlərdə Quba şəhərində AMEA Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” və “Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı 1914-1920-ci illər soyqırımı” bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrini 15 fevral 2015-ci il tarixinədək Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin elektron variantı djabibaxramov@mail.ru və tofig-nacafli@rambler.ru elektron ünvanlarına göndərilməlidir.

Qeyd edək ki, konfransın materialları kitabça şəklində çap olunacaqdır.

Tel: (+994 12)439 36 15, (+994 12) 439 36 19

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.