Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.05.2024 16:12
  • A-
  • A
  • A+

Litvada yaşayan tatar və karaim icmalarının mədəni irsini əks etdirən sərgi təşkil olunub

Litvada yaşayan tatar və karaim icmalarının mədəni irsini əks etdirən sərgi təşkil olunub

Beynəlxalq Türk Akademiyasının Muzeyində Litvada yaşayan karaimlərin və tatarların zəngin mədəniyyətini və həyat tərzini əks etdirən sərgi təşkil olunub.

“Litva tatarları və karaimləri” adlı sərginin açılışında Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Litvanın Qazaxıstandakı səfiri Egidius Navikas, Yunus Əmrə adına Türk Mədəniyyət Mərkəzinin direktoru Almaqul İsina, Avrasiya Milli Universitetinin professoru Qumilev Miras Kosıbayev, Nazarbayev Universitetinin professoru Meiramgul Kussainova, Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetinin professoru Marlen Adilov, A.Kusainov adına Avrasiya Humanitar İnstitutunun professoru Aslan Alimbayev, eləcə də diplomatik missiyaların nümayəndələri iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən akademik Şahin Mustafayev türk və Litva xalqları arasındakı tarixi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayaraq, onların Avropa tarixində ayrılmaz rolunu qeyd edib. O, müasir Litvada tatar və karaim icmalarının Litva cəmiyyətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.

Sərgi iştirakçıları həm tatar, həm də karaim mədəniyyətlərinin milli sənət nümunələrinin nümayiş olunduğu zəngin mədəni proqramdan, tatar və karaim mətbəxindən yeməklərdən dadmaq şansı əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: