Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

02.05.2025 12:08
  • A-
  • A
  • A+

Görkəmli dramaturq Hüseyn Cavidə həsr olunmuş “Yalnız mədəniyyət” adlı tədbir keçirilib

Görkəmli dramaturq Hüseyn Cavidə həsr olunmuş “Yalnız mədəniyyət” adlı tədbir keçirilib

 

Görkəmli yazıçı, dramaturq, böyük şair Hüseyn Cavidin bacısı Fatimə xanımın nəsil şəcərəsindən Gülsüm Eldarovanın Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında ədibin xatirəsinə həsr olunmuş “Yalnız mədəniyyət” adlı bədii musiqili gecəsi təşkil edilib.

Tədbirdə dramaturqun həyat xronikası – Azərbaycanda yaşanan xoşbəxt günlərdən sonra Bakıdan başlanan əzablı həyatın Sibir buzlaqlarında sonlanması, ailəsinin acı taleyi, ədibin timsalında digər repressiya qurbanlarının da yad edilməsilə yanaşı, Gülsüm xanımın Hüseyn Cavidə ithafən bəstələdiyi əsərlər də səsləndirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini icra edən Lalə Əliyeva da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: