Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 11-də Şuşada başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında “Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib. Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin və incəsənətimizin yaşadılması amalı ilə baş tutub.
Konsert proqramında, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin elmi işçisi Çilənay Hüseynova (Bədəlova) da çıxış edib. Əməkdar artist Nuriyyə Hüseynova qızı Çilənayla birgə “Gəl bizim dağlara” mahnısını ifa edib.
Konsert proqramı ifaçıların zəngin repertuarı və fərqli təqdimatları ilə maraq doğurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.