AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 23 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin 102 illiyi və MEK-in 100 illiyinə həsr olunmuş “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalələrin son göndərilmə tarixi mayın 1-nə qədər uzadılıb.
Məqalələr mekkonfrans.az@gmail.com ünvanına göndərilməlidir. Konfrans haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.