Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiya nəşr edilib
28.04.2025 11:02
  • A-
  • A
  • A+

“Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiya nəşr edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri Əli Babayevin Nəsirəddin Tusi haqqında “Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiyası “Elm” nəşriyyatında çap edilib.

Kitab, əsasən Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının beynəlxalq konfranslardakı çıxışları əsasında hazırlanıb və Tusinin riyaziyyatla yanaşı, məntiq sahəsindəki elmi yeniliklərini əhatə edir.

Əsərin əsas özəlliklərindən biri Tusinin “Əsasül-iqtibas” əsəri və digər məntiqi traktatlarının geniş şərhinə yer verilməsi, həmçinin əlyazmalardan götürülmüş şəkillərlə elmi fikirlərin əsaslandırılmasıdır. Kitabda Tusinin həyatı, Marağa rəsədxanası və tanınmış şagirdləri haqqında qısa məlumatlarla yanaşı, onun azərbaycan dilinə çevrilmiş klassik riyazi əsərləri, o cümlədən “Evklidin şərhi” və “Paralel xətlər haqqında traktat” kimi önəmli mənbələrə diqqət yetirilmişdir.

Eyni zamanda, Tusinin məntiqə dair “Təcrid əl-etiqad”, “Əqsamül hikmət” kimi əsərləri və böyük islam filosoflarının əsərlərinə yazdığı şərhlər də kitabda təqdim edilir. Bu monoqrafiya Tusi irsinin riyaziyyat və məntiq sahəsindəki yerini dərinliklə göstərən sanballı elmi mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: