AMEA-nın Fizika İnstitutunun rəhbərliyi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə müəssisənin qadın əməkdaşlarını təbrik edib.
Təbrikdə Azərbaycan qadınlarının tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olduqları, onların həmişə sosial fəallıqları ilə seçildikləri, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazandıqları qeyd olunub. Vurğulanıb ki, institutun qadın alimlərinin elmi məktəblərin qorunub saxlanması istiqamətində fəaliyyətləri onların yüksək intellektual səviyyəsinin aydın təzahürüdür.
Həmçinin, institutun foyesində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə film nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.