Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan nəşr işıq üzü görüb
17.05.2021 10:22
  • A-
  • A
  • A+

Bakı Dövlət Universitetinin 100 illik tarixinə həsr olunan nəşr işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun müəllifi olduğu “Bakı Dövlət Universiteti” kitabı çapdan çıxıb.

Yeni nəşr ölkəmizdə ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin çətin, mürəkkəb və şərəfli inkişaf yolu haqqında salnamədir.

Kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Fərrux Rüstəmovdur.

Vəsaitdə Bakı Dövlət Universitetinin yüz illik tarixi arxiv materialları əsasında əhatəli və sistemli şəkildə oxuculara təqdim edilir. Universitetin yaranmasında və 100 illik inkişafı tarixinin ayrı-ayrı mərhələlərində xüsusi xidmətləri olmuş dövlət xadimləri, ona rəhbərlik etmiş ziyalılar haqqında geniş məlumat verilir.

Kitab təhsil tarixinin tədqiqatçıları, müəllimlər, tələbələr və geniş ictimaiyyət üçün nəzərədə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: