AMEA Rəyasət Heyəti Fiziologiya İnstitutunun direktoru vəzifəsini tutmaq üçün seçkilər elan edir.
AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər ( 2 nüsxədə) elan dərc edildiyi gündən (11 fevral 2014-cü il) 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı ş., İstiqlaliyyət küç., 30) təqdim edilməlidir.
- namizədin irəli sürülməsi haqqında müvafiq elmi bölmə bürosunun, AMEA-nın həmin bölmədən olan üzvlərinin və ya elmi tədqiqat müəssisəsi elmi şurasının təqdimatı;
- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- kadr uçotu üzrə şəxsi vərəqə;
- 2 ədəd fotoşəkil (6x9 sm.);
- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;
- tərcümeyi-hal.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.