Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2024 11:31
  • A-
  • A
  • A+

Riyaziyyatçı alimlər Mingəçevir Dövlət Universitetində ustad dərsi keçiblər

Riyaziyyatçı alimlər Mingəçevir Dövlət Universitetində ustad dərsi keçiblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov və Riyazi fizika tənlikləri şöbəsinin müdiri f.r.e.ü.f.d. dosent Əbdürrəhim Quliyev Mingəçevir Dövlət Universitetində ustad dərsləri veriblər.

Ustad dərslərində MDU-nun Riyaziyyat kafedrasının bütün əməkdaşları, “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında təhsil alan tələbə və magistrantlar, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova və Mingəçevir şəhərinin ümumtəhsil məktəblərində Riyaziyyat fənnini tədris edən bir qrup müəllim iştirak etdilər. Konkret mövzulara həsr olunan və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan ustad dərsləri davamlı əsaslarda təşkil ediləcək. Tədbir zamanı Riyaziyyat və Mexanika İnstitutunun professor və alim heyəti iştirakçılarla öz təcrübə və biliklərini bölüşüb, onlara lazımi tövsiyə və məsləhətlərini veriblər.

Görüşdə iki qurum arasında yeni əməkdaşlıq imkanları, seminarlar, ustad dərsləri və təlimlərin keçirilməsi, birgə layihələrin hazırlanması haqqında müzakirələr aparılıb.

Sonda iştirakçılara Riyaziyyat və Mexanika İnstitutu adından kitablar hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: