Hüseyn Cavidin Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktor vəzifəsini icra edən Lalə Əliyeva açaraq bildirib ki, Azərbaycan klassik ədəbiyyatının, o cümlədən Hüseyn Cavidin mütərəqqi humanist ideyaları, bəşəri görüşləri, insansevər ənənələri ruhunda böyümüş Ulu Öndər Azərbaycan xalqının əvəzolunmaz liderinə çevrildikdən sonra öz haqq işində daim bu ənənələrə sadiq qalıb.
Daha sonra Ulu Öndərə həsr edilmiş videoçarx təqdim edilib. Muzeyin əməkdaşları – fil.e.d., prof. Gülşən Əliyeva-Kəngərli “Dahilər də uca dağlar kimidir. Uzaqdan daha əzəmətli görünür”, Nigar Babaxanova “Heydər Əliyev siyasəti beynəlxalq elmi-mədəni əlaqələr müstəvisndə”, Nübar Məmmədova “Milli kimliyin qoruyucusu: Heydər Əliyev və mədəni suverenlik”, Jalə Zeynalova “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, Nuranə Nərimanova “Azərbaycanda muzey işinin inkişafında Heydər Əliyevin rolu”, Laçın Kəngərli “Cavid taleyinə Heydər Əliyev toxunuşu” adlı mövzularda çıxış edibər. Tədbiri Ulu Öndərin sevdiyi musiqilər ilə Azər Səlim, tarda və kamançada Ülvi Hacıyev, Ülvi Tahirov davam etdiriblər.
Sonda tədbir iştirakçıları Ulu Öndərə və onun Müstəqil Azərbaycanına həsr edilmiş sərgi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.