Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.05.2025 15:28
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda gənclər üçün lektoriya keçirilib

Geologiya və Geofizika İnstitutunda gənclər üçün lektoriya keçirilib

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər üçün növbəti lektoriya reallaşıb.

GGİ-nin baş direktoru akademik Akif Əlizadə tədbir öncəsi artıq ənənə xarakteri daşıyan lektoriyaların əhəmiyyətini vurğulayıb. Dünya elmləri siyahısında seysmologiyanın yerini və əhəmiyyətini, planetin ayrı-ayrı regionlarında bu təbiət hadisəsilə bağlı tədbirlərin tətbiqi barədə qısa şərh verən baş diirektor sonra məruzə üçün sözü İnstitutun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, y.e.ü.e.d.  dosent Qulam Babayevə verib.

“Seysmik riskin qiymətləndirilməsi sahəsində son nailiyyətlər və onların tətbiqi” mövzusunda təqdimat reallaşdıran Qulam Babayev çıxışının əvvəlində bildirib ki, hər lektoriyada olduğu   kimi, indi də tədbirdən əsas məqsəd gənclərin maarifləndirilməsidir.

Məruzəçi daha sonra zəlzələlərlə bağlı ümumi anlayışları, onların yaranma səbəblərini iştirakçıların nəzərinə çatdırıb, seysmik risk anlayışı, seysmik riskin seysmik təhlükədən fərqi, seysmik riskin hesablanması və qiymətləndirilməsi üsulları və mərhələləri barədə ətraflı məlumat verib. Həmçinin bu istiqamətdə ən müasir texnoloji nailiyyətlər, imkanlar və vasitələr barədə yenilikləri müfəssəl olaraq nəzərə çatdırıb. Alimin “Zəlzələ ilə bağlı ən geniş təcrübəyə malik Yaponiyada zəlzələnin dəqiq proqnozu hələlik mümkünsüz olsa da, bu ölkə təhlükəli təbiət hadisəsinin fəsadlarını minimuma endirmək texnologiyasına nail ola bilib və bunu ölkəsində uğurla həyata keçirir” mülahizəsi lektoriyanın əsas məzmununu ifadə edib. 

Sonra məruzə ətrafında suallara aydınlıq gətirilib və maraqlı təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: