www.science.az
16.05.2017 09:59

Hüseyn Cavidin Ev Muzeyində "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib.

Dərsdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verib.

Sonda tələbələrin ifasında Hüseyn Cavidin bir neçə şeiri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.