Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində yeni unikal etnoqrafik material
07.09.2017 11:12
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində yeni unikal etnoqrafik material

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Kəlbəcərdən olan məcburi köçkün Roza Ələkbərova tərəfindən etnoqrafik material - məfrəş hədiyyə olunub. Məfrəş XIX əsrin sonu - XX əsrin əvəllərini əhatə edir.

Qeyd edək ki, məfrəş yorğan-döşəyi yığmaq üçün ağzını büzmək məqsədilə ilgəklər tikilmiş bəzəkli xalçadır. Bu xalça məmulatı qədim zamanlardan bəri Azərbaycanda hər bir ailənin məişətində geniş istifadə olunub. Məfrəş qədimdə çamodan funksiyasını daşıyıb və yük yığmaq üçün istifadə edilib.

Muzeyə daxil edilən məfrəş Azərbaycan etnoqrafiyasının tədqiqi üçün əhəmiyyətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: